1. Ümumi şərtlər
1.1 Hazırkı Məxfilik Siyasəti, “Uninet” MMC-yə məxsus "Birlink" adlı Platformanın texniki imkanlarından yararlanan
İstifadəçilərə aiddir, və İstifadəçi ilə “Uninet” MMC arasında bağlanmış Müqavilənin ayrılmaz bir hissəsidir.
1.2 Bu Məxfilik Siyasəti İstifadəçinin şəxsi məlumatlarının toplanılması, saxlanılması, işlənməsi, istifadəsi və
müdafiəsi qaydalarını müəyyən edir.
1.3 Platformada İstifadəçinin qeydiyyatı, daxil olması və ya Xidmətlərin sifarişi zamanı, həmçinin Platformadan
istifadənin başqa hallarında, İstifadəçi Platformaya öz şəxsi məlumatlarını daxil edir və istifadəsinə razılıq verir.
Məlumatın toplanması həmçinin İstifadəçiyə Platforma üzərindən təqdim edilən sualların cavablandırılması vasitəsi ilə
həyata keçirilə bilər.
1.4 İstifadəçi Platformaya özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın
yerləşdirilməsi haqqında sərbəst və könüllü qərar verir, həmçinin də şəxsi məlumatların və informasiyanın
“Uninet” MMC tərəfindən işlənməsinə və ya işlənməsi üçün üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.
1.5 Şəxsi məlumatların işlənməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, saxlanma, istifadə və
yayılma kimi məcmusudur və şəxsi məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin
istifadəsi ilə məhv edilməsidir.
1.6 Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır:
1.6.1 Platformanın fəaliyyətinin yaxşılaşdırılması üçün statistik və analitik məlumatların alınması;
1.6.2 Platformada göstərilən xidmət növlərinin artırılması və “Uninet” MMC-nin fəaliyyət dairəsinin genişləndirilməsi;
1.6.3 Platforma və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar,
aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);
1.6.4 İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin qarşısının alınması və
xəbərdar edilməsi;
1.6.5 Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması;
1.7 Platforma İstifadəçi barəsində növbəti informasiyanı toplayır:
1.7.1 Platformadan istifadə zamanı “Uninet” MMC İstifadəçinin daxil etdiyi şəxsi informasiyaları Platformanın məlumat
bazasında toplayır. Belə informasiya, İstifadəçinin adı və soyadı, telefon nömrəsi, sifarişin verildiyi məkan, həmçinin
ünvanı ola bilər. Əgər İstifadəçi sosial mediya hesabları vasitəsilə daxil olursa, Platforma həmçinin
belə sosial şəbəkənin profilində yerləşdirilmiş informasiyanı toplaya bilər.
1.7.2 Platforma ona giriş zamanı proqram təminatı tərəfindən avtomatik olaraq texniki
informasiyaları toplaya bilər.
1.8 Platforma, həmçinin də “Uninet” MMC, İstifadəçinin irqi və ya etnik mənsubiyyəti, siyasi baxışları,
siyasi partiyalara, həmkarlar ittifaqlarına üzvlük və məhkumluq barədə məlumatları, həmçinin də sağlamlığına,
şəxsi həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və istifadə etmir.
1.9 “Uninet” MMC Platformaya İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları,
İstifadəçinin bu cür məlumatları əldə etmək üçün veridiyi icazə halı istisna olmaqla, həmçinin də İstifadəçi
ilə razılaşdırıldıqdan sonra və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada, aidiyyati olmayan üçüncü
şəxslərlə paylaşmır.
1.10 “Uninet” MMC ehtiyac yarandığı hallarda İstifadəçi barəsində məlumatları Platforma ilə əməkdaşlıq edən və
ya “Uninet” MMC-yə aidiyyatı olan şəxslərlə paylaşa bilər.
1.11 “Uninet” MMC, Platformadan istifadə prosesində İstifadəçi tərəfindən verilmiş informasiyanı və şəxsi
məlumatları satmır və icarəyə vermir.
1.12 Platforma İstifadəçisi başqa istifadəçilər tərəfindən verilmiş məlumatlardan, həmin istifadəçinin
yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etməməyi öhdəsinə götürür.
Platformadan istifadə ilə əlaqədar İstifadəçidən alınmış bütün məlumatlar müvafiq xidmətlərin və ya məhsulların
təqdim edilməsi üçün tələb olunan hərəkətlərin icrasında istifadə edilə bilər.
1.13 Platformadan istifadə edən İstifadəçi onun Platformadan istifadə prosesində verdiyi şəxsi və
başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.
1.14 İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün
məsuliyyət daşıyır.
1.15 “Uninet” MMC İstifadəçinin şəxsi məlumatlarına üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün
ağlabatan təhlükəsizlik tədbirlərini təmin edir.
1.16 Platforma vasitəsi ilə toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan serverdə
saxlanılır. “Uninet” MMC İstifadəçinin şəxsi məlumatlarının yerləşdiyi məlumat bazalarına girişi olan bütün
əməkdaşları ilə İstifadəçilərə aid informasiyanın üçüncü şəxslərə yayılmaması barədə razılaşma imzalayır.
2. Cookies və bənzər texnologiyalar
2.1 Platforma informasiyanın saxlanılması üçün “cookies” və bənzər texnologiyalardan istifadə edə bilər.
Bu fayllar Platformanın istifadəsini yüngülləşdirmək, xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması
məqsədi ilə, həmçinin reklam məqsədi ilə istifadə olunur.
2.2 Platforma tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin “cookies” faylların
İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir.
Platformadan istifadəni davam edərək, İstifadəçi Platformaya “cookies” fayllarının İstifadəçinin brauzerində
saxlamasına öz icazəsini verir.
2.3 Platforma “cookies” və bənzər texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində
İstifadəçinin qurğusunda saxlanılan və həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda
qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçi bu cür texnologiyaları bloklamaq və silmək
imkanına malikdir.
2.4 “Cookies” və bənzər texnologiyalara icazəsiz girişin qarşısını almaq üçün “Uninet” MMC bütün təhlükəsizlik
tədbirlərini görür. İstifadəçi də analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. “Uninet” MMC
zəmanət verir ki, yalnız “Uninet” MMC-nin səlahiyyətli nümayəndələri və tərəfdaşları “cookies” vasitəsi ilə
toplanan məlumatlarına daxil olmaq imkanına malikdirlər.
2.5 “Uninet” MMC-nin səlahiyyətli nümayəndələri və tərəfdaşları, Platformanın fəaliyyətini müxtəlif
məqsədlərlə və vasitələrlə təşkil edən fiziki və hüquqi şəxslərdir. “Uninet” MMC Platformada göstərilən
xidmətlərin İstifadəçiyə təqdim edilməsi, həmçinin də Platformanın fəaliyyəti üçün zəruri olan səlahiyyətli
tərəfdaşların xidmətlərindən yararlanmaq hüququna malikdir. Onlar həmçinin başqa informasiyanı, məsələn,
IP-ünvanlar və ya başqa eyniləşdiricilər barədə məlumatları toplaya bilərlər.
2.6 Platforma yuxarıda göstərilmiş texnologiyalardan istifadə edərək toplayıb və saxladığı istənilən
məlumatlardan İstifadəçinin icazəsi ilə istifadə edə bilər.
2.7 İstifadəçi brauzerin və ya qurğunun parametrlərində “cookies” fayllarına aid tənzimləmələri idarə edə bilər.
İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində “cookies saxlamamaq"
bəndini aktivləşdirmək, həmçinin "cookies təmizləmək" düyməsini klikləmək lazımdır.
2.8 Platformada olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, Platforma tərəfindən statistik
və analitik məqsədlər üçün istifadə olunur.
2.9 Alıcının fərdi ehtiyaclarına və maraqlarına uyğunlaşdırılmış xidmətlərin yüksək keyfiyyətli təminatı
məqsədi ilə Platforma İstifadəçinin sistemə son giriş məlumatlarını saxlayır.
3. Naviqasiya və klikləmə
3.1 Platformadan istifadə edərkən, baxdığınız səhifələr, kliklədiyiniz düymə və əlaqələrə dair naviqasiya və
klik məlumatları, bir səhifədə qaldığınız müddət, seçdiyiniz və marağlandığınız xidmətlər barədə məlumatları
əldə etmək üçün saxlanılır. Həmin məlumatlar sizin kimliyinizi ortaya çıxartmır və birbaşa olaraq öz adınızla
əlaqələndirilmir.
3.2 Platforma üzərindən əldə etdiyiniz xidmətlər və məhsullar barədə məlumatların, yerləşdirdiyiniz
sorğuların başa çatdırılması, təhlili və inkişaf etdirilməsi, Platformadan istifadənin artırılması, hüquqi
baxımdan lazım olan hallarda məlumatın təmin olunması və Platformaya və ya üçüncü şəxslərə aid veb saytlar
üzərində diqqətinizi çəkəcək kampaniya və istiqamətləndirmələr üçün istifadə edilir. Bu məlumatlar sorğunun
emalı zamanı müvafiq üçüncü şəxslərlə sorğunun mərhələlərindən hər hansı birində paylaşıla və ya
Platformadan istifadənin təhlilində və dəstəyində istifadə edilə bilər.
4. Mübahisələrin həlli yolları
4.1 Məxfilik Siyasətinin həyata keçirilməsindən yarana biləcək hər cür mübahisələrin həlli
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin tələblərinə əsasən həll edilir.
5. Məxfilik siyasətinə dəyişiklik
5.1 “Uninet” MMC Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər.
5.2 Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o dərhal Platformadan istifadəni
dayandırmalıdır. Əgər İstifadəçi Platformadan istifadəni davam etdirirsə, bu halda dəyişiklikləri və Məxfilik
siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul etmiş hesab edilir.
"Uninet" MMC VOEN: 1300191391