(+994 12) 599 11 99

Əlavə xidmətlər

Filtrasiya xidməti «Uşaq interneti»

Övladlarına müasir infokommunikasiya texnologiyalarını öyrədən amma eyni zamanda onları internetin arzuolunmaz və neqativ təsirindən qorumaq arzusunda olan valideyinlər, BİRLink-in filtrasiya xidməti çərçivəsində təqdim etdiyi «Uşaq interneti»ndən istifadə edə bilər.

BİRLink bu xidməti təhlükəsizlik üzrə kompleks həllər sahəsində dünya lideri olan Websense şirkətinin təklif etdiyi texnologiyalar əsasında təqdim edir.

Filtrasiyanın əsas kateqoriyaları aşağıdakılardır:

  • Pornoqrafiya
  • Zorakılıq
  • Ekstremizm
  • Böyüklər üçün nəzərdə tutulmuş sosial şəbəkəklər və s.

* BİRLink abunəçilərinə bu xidmət təmənnasız (pulsuz) təqdim olunur.


Statik İP ünvan

“Statik İP ünvan” – sizin istifadəçi adınıza (login) bağlı və dəyişməz qalan İnternet şəbəkəsindəki daimi ünvanınızdır.

Statik İP ünvan aşağıdakı hallarda Sizə faydalı ola bilər:

  • Daimi ünvanı olan şəxsi server təşkil etmək istədikdə;
  • Kompüterə məsafədən daxilolmanı təşkil etdikdə;
  • Mənzildaxili müşahidə kameralarına məsafədən nəzarəti təşkil etdikdə;
  • İP-ünvanla avtorizasiya tələb olunan ayrı-ayrı onlayn xidmətlərdən (fayllar saxlanan sahələr, internet-bankinq, oyun serverləri və s.) istifadə etdikdə;
  • VPN qoşulma zamanı (məsələn, evdən ofis şəbəkəsinə VPN qoşulma üçün).

*Fiziki şəxslər üçün Statik İP ünvanın aylıq abunə haqqı 2 AZN təşkil edir.


Şəhər telefonu

BİRLink-lə optik internetə qoşulduğunuz halda, Siz əlavə SİP telefoniya xidmətindən yararlanaraq şəhər telefon nömrəsini də əldə edə bilərsiniz. SİP-telefoniya – adət etdiyimiz telefon rabitəsinin müasir alternatividir.

*SİP nömrənin alınma haqqı digər ödənişlərdən asılı olmayaraq, qoşulma zamanı bir dəfə ödənilir.   

** Aylıq abunə haqqı aktiv edilən əlavə xidmətlərdən asılı olaraq, 2.50 AZN-dən başlayır və aidiyyatı olan şirkətə ödənilir.

*** Daha ətraflı məlumat əldə etmək üçün (+994 12) 599 11 99 nömrəsi vasitəsilə Abunəçilərə Xidmət Şöbəsinə müraciət edə bilərsiniz.

Please publish modules in offcanvas position.