*1199

FTTH


Fiber Optik xətt
mənzilədək

Fiber Optik
internet

Rəqəmsal
Yayım

Şəhər Telefon
nömrəsi

Videomüşahidə
sistemləri

Təhlükəsiz İnternet

Əhatə Dairəsi

Sizin əhatənizdə BİRLink varmı?

Sürət hansı faktorlardan asılıdır?

 Sürət hansı faktorlardan asılıdır?

Abonentin hər hansı kontentə baxması və ya onu yükləməsi üçün, serverin verilənləri internetdə haradasa yerləşməli, abonentə Sxem 1-də göstərildiyi kimi çatdırılmalıdırlar. Bu verilənlərin yolu üzərində normal çatdırmaya mane ola biləcək çoxlu sonsuz sayda avadanlıqlar durur. Amma bu yolu özünəməxsus şəkildə məsuliyyət zonalarına bölmək olar, yəni təchizatçının bu və ya başqa formada təsir göstərə biləcəyi zonalar.

  1. Abonentdən provayderin mərkəzi avadanlığına (İSP) kimi olan zona
  2. Beynəlxalq kanalların zonası
  3. Kontent təchizatçısının zonası

 

 

Problemlər ən çox harada olur?

Problemlərin tezliyinə görə ən birinci zona abonentdən provayderin mərkəzi avadanlığına kimi olan zonadır. Bu zona çoxlu sayda müxtəlif komponentlərdən ibarətdir və zəif sürətin ən əsas səbəbidir. Bu zonaya görə birbaşa məsuliyyət İSP provayderi üzərindədir və bu zonada baş verən problemləri maksimal dərəcədə qısa müddət ərzində aradan qaldırmağa çalışır.

Komponentlər.

  • İstifadəçinin komputeri – indi bir çox istifadəçilər ən müasir komputerlərə sahibdirlər. Əgər faylın yerli şəbəkədəki 1 Gb/s yüklənmə sürəti 200 Mb/s kimi işləməyə imkan verirsə, faylın internetdən yüklənməsi zamanı heç də bütün komputerlər 70-80 Mb/s sürətinə çata bilir.
  • Wifi – verilənlərin yayılmasının çox çətin mühitidir. Radiotezliklər tez-tez pozulmalara məruz qalır və sadəcə olaraq mikrodalğalı qızdırıcının səhv yerləşdirilməsi sürət göstəricilərinin kəskin pisləşməsinə kifayət edir.
  • Modem, hansı ki routerdir, həmçinin yüksəksürətli tariflərdə xidmətin əldə edilməməsinin səbəbi ola bilər. Əgər modem router rejimində işləyirsə, o zaman bazarda 50 Mb/s-dan 70 Mb/s-a kimi sürət təmin edə bilən modemlər təmsil ediliblər.
  • Aqreqatlaşdırılmış aktiv avadanlıq İSP-ə kimi ən sonuncu pillə, BirLik halında ya ADSL ya da GPON olur. GPON əla buraxılış göstəricilərinə malik və pozulmaları olmayan optik mühitdir. ADSL siqnalların yayılma mühitidir, tez-tez maneələrlə rastlaşır və siqnalın çatdırılmasında gecikmələr baş verir. Axşamlar tez-tez sürətin pis olmasının səbəbi mərkəzi kanalların yüklənməsi yox, eyni vaxtda bir naqildə oturan və bir-birlərinə siqnal pozulmaları yaradan müxtəlif provayderlərin çoxlu istifadəçiləridir.
  • Aqreqasiyalı avadanlıqdan mərkəzi avadanlıq provayderinə kimi olan kanallar daima yüklənmə monitorinqi altında olurlar və nadir hallarda problem yaradırlar.
  • Mərkəzi avadanlıq provayderindən beynəlxalq internet kanlları təchizatçılarına kimi olan kanallar daima yüklənmə monitorinqi altında olurlar və nadir hallarda problem yaradırlar.

Problemlərin ikinci ən çox baş verdiyi zona kontentin təchizatçısının zonasıdır. Kontent təchizatçıları ciddi şəkildə istehlakçını tətqiq edirlər və kontenti təchiz edən serverləri istehlakçıya yaxın yerləşdirirlər. Bu işdə ən əsas liderlərdən biri youtube-dur. Lakin bəzən bu işdə problemlər olur və soröu axınları ilə bacara bilməyən zaman kontenti təmin edən serverlərin sürəti azalmağa başlayır.

Çox nadir hallarda olsa da bəzən beynəlxalq kanallarda problem yaranır. Buna görə Delta Telecom yaxud Azertelecom kimi operatorlar cavabdehdirlər.

Sürəti necə ölçmək lazımdır?

Ən dəqiq ölçmə variantlarından biri kontent təchizatçısı tərəfindən zona 3-də olan problemləri kənara qoymaqdır. Bunun üçün ən yaxşısı torrent kimi hamının tanıdığı piring şəbəkələrdən istifadə etməkdir. Piring şəbəkələrinin məğzi ondadır ki, kontentin serveri bir ədəd yox, internet boyunca yayılmış bir neçə ədəddir.

Nəyə görə sürəti ölçmək üçün speedtest yaxud digər informasiyanı verənləri istifadə etmək olmaz?

Aşağıda göstərilən sxemdən görünür ki, speedtest serveri sadəcə olaraq verilənlər serveri deyil, provayderlərin birində yerləşən serverdir. Ona görə də speedtest tərəfindən verilən sürət məlumatı çox vaxt bir-birilə rəqabət aparan bir provayder ilə digər provayder arasındakı sürət barədə məlumatdır.

Please publish modules in offcanvas position.