*1199

“Təhlükəsiz internet” mövzusunda videoçarx müsabiqəsi

“Enginet” və “Bakcell” məktəblilər arasında keçirilən “Təhlükəsiz internet” mövzusunda videoçarx müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində elan edilmiş “Bakı şəhər məktəbləri arasında videoçarx müsabiqəsi”nə yekun vurulub. Azərbaycanın ilk FTTH provayderi olan “ENGİNET” şirkətinin və ölkənin aparıcı mobil operatoru olan “Bakcell”  şirkətinin tərəfdaş olaraq dəstək göstərdiyi layihə çərçivəsində Bakı şəhərindəki 165, 280, 291, 211, 225, 177 və 271 saylı tam orta məktəblərin şagird və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, veb mühitdə mövcud olan təhlükələr və zərərli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər barədə ətraflı məlumat verilib.

Layihə çərçivəsində elan olunmuş “İnternetdən təhlükəsiz istifadə” mövzusunda videoçarx müsabiqəsinin qalibləri də müəyyən olunub. 3 dekabr tarixində Bakı şəhəri 211 nömrəli tam orta məktəbdə qaliblərin təqdimat mərasimi keçirilib və qaliblərə mükafatlar təqdim olunub. Tədbirdə iştirak edən “ENGİNET” və “Bakcell” şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların adından qaliblərə xüsusi hədiyyələr təqdim ediblər. Müsabiqənin nəticələrinə əsasən, 291 nömrəli Ekologiya liseyinin şagirdləri Mustafayev Tuncay və Niftəli Ayşən, 211 nömrəli məktəbdən Qəribova Fidan, Əlisəttarova Aylin,  Ramazanova Mədinə, Xəlilov Vüsal, Qəribova Fidan və Mirzəyeva Əsmət və 271 nömrəli məktəbdən Məmmədov Ayxan, Göyüşlü Banu, Əkbərli Hüseyn, Quluzadə Nurlan və Süleymanova Mədinə qalib olaraq seçilib.

Qeyd etmək lazımdır ki, artıq iki ildir Azərbaycanın ilk FTTH provayderi olan “ENGİNET” şirkəti ölkənin aparıcı mobil operatoru olan “Bakcell” şirkəti ilə birgə özünün “BİRLink” brendi altında “Təhlükəsiz İnternet” xidmətini təqdim edir. Bu xidmət sayəsində “Bakcell” abunəçiləri “ENGİNET” şirkətinin təqdim etdiyi internetin filtrasiyası imkanından yararlanaraq öz ovladlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları hər hansı zərərli və arzuolunmaz onlayn məzmundan qoruya bilirlər.

ENGİNET şirkəti haqqında:

2009-cu ildən etibarən fəaliyyət göstərən ENGİNET şirkəti Azərbaycan internet xidmətləri bazarında aparıcı oyunçulardan biridir. Şirkət ilk dəfə olaraq ölkədə FTTH (fiber to the home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsi konsepsiyasını təmin edən internetin filtrasiyası xidmətinin tətbiqi də məhz ENGİNET şirkətinin adı ilə bağlıdır. Əlavə məlumat üçün: www.enginet.az 

BİRLink brendi haqqında:

ENGİNET şirkətinin ticarət markası olan BİRLink – FTTH texnologiyasına əsaslanan optik internet, İP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda BİRLink brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan internet filtrasiya, İP telefoniya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir. Əlavə məlumat üçün: www.birlink.az

 

Please publish modules in offcanvas position.